RU

ABŞ Maduroya “lüks sürgün” planı hazırlayır

ABŞ-da Tramp administrasiyasındakı yüksək vəzifəli bir mənbə bildirib ki, dövlət katibi Marko Rubio 63 yaşlı Venesuela lideri Nikolas Maduronun Qətərə köçməsinə icazə verilməsini təklif edib.

KONKRET.az xəbər verir ki, Qətərin qazla zəngin olması və hazırda münaqişənin həllində vasitəçilik etməsi bu variantı gündəmə gətirib. The New York Postun mənbələri həmin ssenarini “real və mümkündür” kimi qiymətləndiriblər.

“Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ belə məsələləri çox sevir — bu, onlara ABŞ qarşısında xal toplamağa kömək edir”, — administrasiyaya yaxın mənbə qeyd edib.

Onun sözlərinə görə, “hər üç ölkə həm regionda, həm də ABŞ-ın rəğbətini qazanmaq uğrunda bir-biri ilə rəqabət aparır”.

Natiq Səlim,
KONKRET.az

Избранный
102
konkret.az

1Источники