ain.az, Axar.az saytına istinadən bildirir.
Düşünüb danışmaq gözəldir, çünki səsləndirdiyin fikrə görə üzr istəməyə lüzum qalmır. Vicdanınız sızlamadan, insanın duyğularını, ruhunu, yaşını, durumunu hesaba qatmadan nəyi istəsəniz efirdə müzakirə edə bilərsiniz. Necə ki, edirsiniz və edəcəksiniz də!
Kult.az xəbər verir ki, bunu xalq artisti Flora Kərimova əməkdar artist Elton Hüseynəliyevin "Öz aramızda" verilişində onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirərkən qeyd edib.
O, Eltonu "düşünmədən danışmaq"da ittiham edib:
"Sənətim barədə danışmağa tör-töküntülərimlə sənətkar olub, sizə örnəklik edənlərin səviyyəsinə çatanda haqqınız olacaq. SƏNƏTimi müzakirə etməyə isə, sizin dilinizlə deyim, Elton o “100 qaymaq mahnım yox, qızıl fondda qalan 400 dəxlisiz” oxuduğum mahnıların birinin səviyyəsində tək sən yox, elə ustadların daxil oxuya biləcəyiniz halda HAQQınız çatar! Elton, “elə demək istəməmişdim” deyəcəksiniz, mənəvi gücünüz çatacaqsa üzr də istəyəcəksiniz, ya da heç istəməyəcəksiniz. Gözləntim də yoxdur. Nə vaxtsa qismət olsa, qarşılaşsaq, sizi öpüb, yenə "oğlum" deyib qucaqlayacağam. Lakin, bu dünyadan nigaran köçməyimə daha bir təəssüfün səbəbkarı oldunuz. Və bir də oğul, Allah qismət etsin gəlib bir həddə çatacaqsız. Kimsə ümidlə qapınızı döyər, biləcəksiz ki, oxuyacağın şeir, mahnı, duet fərq etmir, onun ruzi, çörək qapısını aralayır. Siz də özlüyünüzdə eqonuzu, təkəbbürünüzü sındırıb, bir tikəyə, ümidə, sevincə vəsilə olacaqsınız. Hələ onu da Allah nəsib eləsə o vaxt ayıq başınızla tək MƏNi deyil, HƏYATI DA BAŞA DÜŞƏCƏKSİNİZ. Öpürəm oğul".
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.