RU

Əvvəlcə 5, az sonra 7 qəpik - bir vaxtlar pulsuz idi, kütləvi satılır...


Elxan Əliyev: “Marketlər polietilen torbaları istədiyi qiymətə sata bilər”

Marketlərdə polietilen torbaların qiyməti artıb. Artıq bir sıra marketlərdə kiçik ölçülü polietilen torbaların qiyməti 3 qəpikdən 5 qəpiyə, böyük ölçülü polietilen torbaların qiyməti isə 5 qəpikdən 7 qəpiyə yüksəlib.

Məlumat üçün bildirək ki, Azərbaycanda 15 fevral 2023-cü ildən etibarən alış-veriş zamanı istifadə edilən polietilen torbaların pulla satışına başlanılıb. Polietilen torba tullantılarının ətraf mühitə mənfi təsirlərini azaltmaq məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 nömrəli qərarına əsasən, market kassalarında məhsulların yığılması üçün nəzərdə tutulan, ölçüsü 15-50 mikron olan polietilen torbalar ayrıca məhsul növü kimi ödənişli olmalıdır.

Adıçəkilən məhsulun qiymətinin qalxması alıcılar arasında narazılığa səbəb olub.

“Məlum qərardan sonra polietilenlərə tələbat azalmadı, əksinə artıb”

Sosial sahə üzrə ekspert Elxan Əliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, marketlər polietilen torbaları istədikləri qiymətə sata bilər: “Sadəcə, bu sahədə tələb artarsa, fərqli istehsal sahələri yaranarsa, polietilen torba istehsal edən şirkətlər arasında rəqabət güclənərsə, o zaman marketlərdə də bazar qiymətlərinə uyğun tənzimlənmə görə bilərik.

Məlumdur ki, polietilen torbaların tərkibində mikronların sayı çoxdur və bu da ekologiyaya ziyan vurur. Bu səbəbdən də tərkibində mikronların həcmi yuxarı olan torbalar ödənişli olub. Məlum qərardan sonra polietilenlərə tələbat azalmadı, əksinə artıb. Polietilen torbaların istehsalı da artıb. Məlumat üçün deyim ki, əvvəllər polietilen torbaların idxalı üstünlük təşkil edirdi. İndi isə idxal azaldığı üçün istehsal artıb. Onu da deyim ki, üstü yazılı torbalar yazı rəngləri ilə evlərə ağır metallar ötürür. Onların rəngi çıxır və ağır metallar əllərə, uşaqlara toxunur. Bu sellofanlar insanların tədrici zəhərlənməsinə rəvac verir. Yaxşı olar ki, insanlar bu cür torbalardan istifadə etməsin. Birdəfəlik sellofanlardansa, parçalardan hazırlanan torbalar satılır, həmin torbanı alıb, uzun müddət işlətmək daha məqsədəuyğundur. Belə olarsa həm əhalinin pulu cibində qalar, həm də ekologiya az zərər vurular”.

Günel CƏLİLOVA

Избранный
13
baki-xeber.com

1Источники