RU

Ukraynanın keçmiş baş naziri qiyabi olaraq 15 il həbs cəzasına məhkum edilib

Keçmiş baş nazir Azarov qiyabi olaraq 15 il həbs cəzasına məhkum edilib.

Kiyevdə Peçerski Rayon Məhkəməsi keçmiş Baş nazir Nikolay Azarovu vətənə xəyanətdə və konstitusiya quruluşunu zorla devirməyə cəhddə təqsirli bilib. Azarov qiyabi olaraq 15 il həbs cəzasına məhkum edilib.

Qaziler.azBu barədə RBC-Ukrayna məhkəmənin hökmünə istinadən məlumat yayıb.

Qeyd olunur ki, 2024-cü ilin mart ayında Kiyev Prokurorluğu Nikolay Azarova və onun köməkçisinə qarşı ittiham irəli sürüb. Keçmiş baş nazirə qarşı bir sıra ittihamlar irəli sürülüb:

dövlətə xəyanət;

Ukraynanın ərazi bütövlüyünü və toxunulmazlığını pozmaq;

konstitusiya quruluşunu devirməyə çağırışlar;

Rusiyanın Ukraynaya qarşı silahlı təcavüzünü əsaslandırmaq.

Azarov Rusiyapərəst təbliğat yaymaq üçün öz kanallarından və sosial media hesablarından fəal şəkildə istifadə edib. Keçmiş baş nazirə bu işdə iki Ukrayna vətəndaşı - Kiyevin Şevçenkivski Rayon Dövlət Administrasiyasının hazırkı və keçmiş işçisi kömək edib.

QAZİLER.AZ

Избранный
18
qaziler.az

1Источники