Türkiyə Xarici işlər naziri Hakan Fidan Qara dənizdə gəmilərə edilən hücumlarla bağlı açıqlama verib.
Turkustan.az xəbər verir ki, hücumların naviqasiya təhlükəsizliyini pozduğunu və ticarətə təsir etdiyini bildirib.
Bildirilib ki, KAIROS adlı boş tanker və VİRAT adlı gəmi Misirdən Rusiyaya gedərkən partlayış baş verib.
Ukrayna mətbuatı Ukrayna Təhlükəsizlik Xidməti (SBU) və Hərbi Dəniz Qüvvələrinin Qara dənizdə pilotsuz dəniz vasitələri ilə “KAİROS” və “VİRAT” gəmilərinə hücum etdiyini yazıb.
Aytən Yaşar/ Turkustan.az