RU

Junior Martins “Neftçi” azarkeşinə “good night” dedi, futbolçular “yatdı”!

Footbal-plus saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ötən gün ölkə kubokunun 1/8 final oyununda “Zirə”116-cı dəqiqədə Junior Martinsin vurduğu qolla “Neftçi”ni məğlub etdi. Braziliyalı futbolçu qol sevincini “Forza Neftçi”ni qıcıqlandıran hərəkətlə qeyd etdi. O, “good night” (gecəniz xeyrə) işarəsi verdi, “Zirə” formasını göstərdi. Brahim Konate də komanda yoldaşına qoşuldu.İki maraqlı məqam var. Birincisi, Rəşad Sadıqovdan mətbuat konfransında bu haqda soruşdum, dedi ki, “görməmişəm, tədbir görəcəm”. Necə görmədi? Görməmək ehtimalı var idimi? Maraqlı sualdı.Digər məqam isə Martinsin bu hərəkətinə “Neftçi” futbolçularının reaksiya verməməsidi. Cənablar, onlar sizin azarkeşlərinizdi. Qar, yağış, tufan-boran demədən, hara getsəz, sizinlədilər. Rəqib həmkarlarınız sizə klubda ən sadiq olan insanları qıcıqlandırır, siz isə reaksiya vermirsiz. Klubun dəyərlərini, “Neftçi” sevgisini başa düşmək elə bu nöqtədən başlayır...MÜZƏFFƏR QULUZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
12
1
icma.az

2Источники