RU

"The Telegraph": ABŞ-nin sülh prosesindən çəkilmə riski artır

BAKI, 3 dekabr. TELEQRAF

Ukrayna üzrə danışıqlarda irəliləyişin olmaması həm Avropada, həm də Kiyevdə ABŞ-nin prosesdən çəkilə və dəstəyi azalda biləcəyinə dair narahatlığı artırır.

Teleqraf xəbər verir ki, "The Telegraph" yazdığı məqalədə xüsusi nümayəndə Stiven Uitkoff və Cared Kuşnerin Rusiyadan nəticəsiz qayıtmasının Vaşinqtonu yeni qərar vermək məcburiyyətində qoyduğunu bildirir.

Qəzet qeyd edir ki, Prezident Donald Tramp müharibəni “24 saatda bitirmək” vədindən təxminən 317 gün keçsə də, cəbhədə vəziyyət dəyişmir.

Ekspertlərə görə, Tramp ya Rusiyaya təzyiqi artırmağa qayıda, ya da sülh planından uzaqlaşıb daxili gündəmə üstünlük verə bilər. Bu isə Ukrayna üçün mənfi nəticələr yarada bilər.

"The Telegraph" həmçinin ehtimal edir ki, Avropa liderləri, o cümlədən NATO Baş katibi Mark Rütte, ABŞ-ni prosesdə saxlamaq üçün əlavə diplomatik səylər göstərə bilər.

ABŞ-nin keçmiş diplomatı Daniel Frid isə danışıqların “uğursuzluğa düçar olduğunu” deyir. "The Washington Post" yazır ki, Putinin danışıqdakı məqsədi Vaşinqtonu Ukraynaya təzyiqi artırmağa məcbur etməkdir.

Избранный
33
1
teleqraf.com

2Источники