RU

“İlin ən”ləri seçiləcək - Bütün namizədlər bəlli oldu

2025-ci ilin sonunda keçiriləcək nüfuzlu “Globe Soccer Awards” mükafatlandırma mərasiminin bütün əsas nominasiyaları üzrə yekun namizədlər açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, sayca 16-cı təqdimat mərasimi dekabrın 28-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş tutacaq.

Məlumata görə, “İlin ən yaxşı futbolçusu” mükafatı uğrunda 15 futbolçu mübarizə aparacaq. Siyahıda Erlinq Haaland, Kilian Mbappe, Vinisius Junior, Xviça Kvaratsxeliya, Robert Levandovski, Mohamed Salah, Aşraf Hakimi, Nuno Mendes, Lamine Yamal, Usman Dembele, Desir Due, Koul Palmer, Pedri, Rafinya və Vitinya kimi ulduzlar yer alıb.

Xatırladaq ki, ötən il bu mükafatı məhz “Real Madrid”in braziliyalı hücumçusu Vinisius Junior qazanmışdı.

Son olaraq, “İlin ən yaxşı klubu” nominasiyasında isə 8 klub namizəd göstərilib. Siyahıda “Əl Əhli” (Misir), “Barselona” (İspaniya), “Bavariya” (Almaniya), “Çelsi” (İngiltərə), “Flamenqo” (Braziliya), “Liverpul” (İngiltərə), PSJ (Fransa) və “Sportinq” (Portuqaliya) klublarının adı qərarlaşıb.

Ötən ilin ən yaxşı klubu seçilən “Real Madrid”in isə bu il namizədlər arasında olmaması diqqət çəkib.

“Cebheinfo.az”

Избранный
23
cebheinfo.az

1Источники