RU

Bundesliqa klubu baş məşqçisiz qaldı

“Maynts” futbol klubu baş məşqçi Bo Henrikseni vəzifəsindən azad edib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 Hazırkı mövsümdə isə “Maynts” uğursuz çıxış edir. Komanda turnir cədvəlində sonuncu – 18-ci pillədə yer alır və yalnız 6 xal toplaya bilib. 12 turdan sonra 15-ci yerdən fərq 3 xal təşkil edir.

 50 yaşlı mütəxəssis 2024-cü ildən klubun sükanı arxasında idi. Henrikseni keçən mövsümün ən yaxşı baş məşqçisi seçilmişdi; komanda həmin mövsüm Bundesliqada 6-cı yeri tutaraq Avropa kuboklarına vəsiqə qazanmışdı.

Henriksənin məşqçilik karyerasında daha əvvəl bir neçə Danimarka klubu ilə yanaşı, “Zürix”i də çalışdırdığı qeyd olunur.

Избранный
30
90deqiqe.az

1Источники