RU

Füzuli Məmmədov: “Qarabağ”a qalib gəlmək çox çətindir” – ARENA.AZ

“Karvan”ın məşqçisi Füzuli Məmmədov Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Bakıda baş tutmuş oyununda Ağdam təmsilçisi 3 cavabsız qol vurmaqla 1/4 finala yüksəlib.

Yevlax təmsilçisinə yeni təyinat almış Füzuli Məmmədov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Gərgin oyun oldu. “Qarabağ”a qarşı oynamaq həmişə çətindir. Futbolçularım bu gün çox əzmkarlıq, fədakarlıq göstərdilər. Hər bir futbolçuya təşəkkür edirəm. “Qarabağ”a qalib gəlmək çətindir. Uduzduq, kubokda mübarizəni dayandırdıq. Bundan sonra çempionata köklənəcəyik. Bütün matçlara maksimum nəticə üçün çıxacağıq.

Hər oyundan qabaq və sonra həm rəqibi, həm də özümüzü təhlil edirik. Məğlubiyyətə səbəb aydındır. Futbolçularımız fiziki cəhətdən tam hazır deyillər. Məşqlərdə çox əzmkarlıq göstərirlər. “Qarabağ”a qarşı oynamaq çətin olur. 80-ci dəqiqədən sonra bir az yorğunluq hiss edilir. Onda da səhvlər yaranır. Matçın sonlarında hətta “Qarabağ”ın futbolçuları da kiçik səhvlər edirlər.

“Qarbağ”a qarşı hücum futbolu oynamaq çətindir. Məcbur edirlər ki, müdafiə olunasan. Oyunçularım əzmkarlıq göstərirlər. Oyun intizamını sona qədər qorumağa çalışdılar. Hər matçda müdafiə olunmayacağıq. Epizodumuz da var idi. “Qarabağ”la matçda epizodun varsa, dəyərləndirməlisən.

Qışda mütləq güclənməliyik. Qarşıda 3 oyunumuz var. Bütün diqqətimiz həmin oyunlaradır. İmkandan yararlanmağa çalışacağıq”.

Избранный
16
21
arena.az

10Источники