RU

Bakıda restoranda yanğınOLDU

Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsində restoranda yanğın baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində restoranda baş vermiş yanğın genişlənmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində restoranın mətbəxindəki fri aparatı, ətrafındakı yağ qalıqları və havatəmizləyici qurğunun mühərriki yanıb.

Restoran yanğından mühafizə olunub.

 

Избранный
62
18
redaktor.az

10Источники