RU

İtaliya Kubokunda “Napoli” “Kalyari”ni penaltilərdə məğlub edərək 1/4 finala yüksəlib

ain.az, Idman.biz portalına istinadən məlumat verir.

İtaliya Kubokunun 1/8 final mərhələsində “Napoli” və “Kalyari” arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, əsas və əlavə vaxt 1:1 hesablı heç-heçə ilə başa çatıb. Penaltilər seriyasında “Napoli” 9:8 hesabı ilə qalib gəlib.

28-ci dəqiqədə “Napoli”nin hücumçusu Lorentso Lukka yarımmüdafiəçi Antonio Verqaranın ötürməsindən sonra hesabı açıb. “Kalyari”nin hücumçusu Sebastiano Espozito 67-ci dəqiqədə hesabı bərabərləşdirib. Penaltilər seriyasında komandalar hərəyə 10 zərbə vurublar. Həlledici qolu müdafiəçi Alessandro Buoncorno vurub.

Beləliklə, “Napoli” İtaliya Kubokunun dörddəbir finalına vəsiqə qazanıb, “Kalyari” isə turnirdəki mübarizəsini bitirib. Daha əvvəl “Yuventus” və “Atalanta” ilk səkkizlikdə yer alıblar.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
7
1
icma.az

2Источники