RU

Maduro: ABŞ-dan gələn təhdidlər səbəbilə Venesuela ordusu ölkənin bütün ərazisində yerləşdirilib

Venesuela Silahlı Qüvvələri ABŞ administrasiyasından gələn təhdidlər fonunda ölkənin bütün ərazisində döyüş hazırlığı vəziyyətində yerləşdirilib.

APA xəbər verir ki, bu barədə Prezident Nikolas Maduro bildirib.

Dövlət başçısı xatırladıb ki, ABŞ-dan gələn hədələr səbəbindən artıq beş aydır ölkədə polis bölmələrinin iştirakı ilə “Müstəqillik 200” adlı genişmiqyaslı təlimlər keçirilir.

Maduro Vaşinqtonun Venesuelaya qarşı atdığı addımları qınayıb və ölkənin suverenliyinə yönəlmiş təzyiqləri qəbul edilməz adlandırıb.

Избранный
29
1
apa.az

2Источники