Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) Qazaxıstanda Atom Elektrik Stansiyasının tikintisi layihəsinin bütün mərhələlərində ölkəyə dəstək göstərəcək.
APA xəbər verir ki, bu barədə Qazaxıstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
“AEBA-nın baş direktoru Rafael Qrossi layihənin həyata keçirilməsinin bütün mərhələlərində Qazaxıstana hərtərəfli dəstək göstərməyə hazır olduğunu bildirib və əməkdaşlığın digər əsas istiqamətlərini də əhatə edən birgə yol xəritəsi hazırlanmasını və imzalanmasını təklif edib”, - məlumatda qeyd olunur.
AEBA rəhbəri həmçinin Qazaxıstanın atom enerjisindən dinc məqsədlərlə istifadə sahəsindəki təşəbbüslərini və agentliyin texniki əməkdaşlıq proqramının ölkədə icrasını yüksək qiymətləndirib.