RU

Almaniya kosmik təhlükəsizlik sisteminə 35 milyard avro yatıracaq

Bakı. Trend:

Almaniya kansleri Fridrix Merts açıqlayıb ki, hökumət yaxınillərdə kosmik təhlükəsizlik arxitekturasının qurulmasına 35milyard avro həcmində investisiya ayıracaq.

Trend xəbər verir ki, Mertsbunu "Berlin Space Technologies" şirkətinə səfəri zamanı keçirilənmətbuat konfransında deyib.

"Kommadan bir neçə il ərzində Almaniya hökuməti ümumilikdə 35milyard avro məbləğində vəsaiti kosmik təhlükəsizlikarxitekturasının formalaşdırılmasına yönəldəcək. Burada söhbəttəkcə müdafiədən yox, həm də innovasiyalardan və bu sahədətopladığımız təcrübədən gedir", – Merts bildirib.

O əlavə edib ki, ölkədə Elmi Tədqiqatlar, Texnologiyalar vəKosmos Nazirliyi fəaliyyət göstərir:

"Biz belə bir nazirliyə malikik və müxtəlif sənaye sahələri,sektorlar və ayrı-ayrı şirkətlərlə əməkdaşlıq əlaqələri qurmuşuq.Bundan başqa, dövlət vəsaitləri hesabına gələcək kosmik uçuştexnologiyalarına da investisiya yatıracağıq", – kansler deyib.

Merts, həmçinin, noyabrın sonunda Bremen şəhərində keçirilənAvropa Kosmik Agentliyinin Nazirlər Şurasının iclasınıxatırladıb:

"Hazırda növbəti mərhələ üçün layihələrə 5 milyard avrodan çoxvəsait ayrılıb. Bu isə göstərir ki, biz bu proqramı son dərəcəciddi qəbul edirik və təhlükəsizliklə müdafiə sahəsindəimkanlarımızı məhz bu ölçüdə qiymətləndiririk", – kansler sözlərinəyekun vurub.

Избранный
28
az.trend.az

1Источники