RU

Zlatan İbrahimoviç Olimpiya Oyunlarında məşəl daşıyıcılarından biri olacaq

BAKI, 4 dekabr. TELEQRAF

Zlatan İbrahimoviç 2026-cı il Milan Olimpiadasının məşəl daşıyıcısı olacaq.

Teleqraf xəbər verir ki, məşhur futbolçu Zlatan İbrahimoviç 2026-cı ildə keçiriləcək Qış Olimpiya Oyunlarında məşəl daşıyıcılarından biri olacaq.

İbrahimoviç karyerası ərzində “Milan”, PSJ və “Barselona” kimi klublarda çıxış edib. Hazırda o, “Milan” klubunun strukturunda vəzifə tutur.

Məşəli daşıyacaq digər idmançı isə “Komо” qadın futbol komandasının oyunçusu Alişa Leman olacaq. Təşkilatçılar bu seçimlə İtaliya ilə bağlı əfsanəvi idmançıların Olimpiya estafetinə cəlb edilməsini vurğulayıblar.

Избранный
26
teleqraf.com

1Источники