RU

Ərdoğana görə boşanmağımızı bir il təxirə saldıq

Türkiyəli məşhur müğənni Sinan Akçıl keçmiş həyat yoldaşı Burcu Kıratlı ilə boşanma prosesindən danışıb. O, bu proseslə bağlı ilk dəfə diqqətçəkən detalı açıqlayıb.

Publika.az xəbər verir ki, Yasemin İlana açıqlama verən Akçıl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ona evliliyini bitirməzdən əvvəl bir daha düşünməyi tövsiyə etdiyini söyləyib:

“Prezidentimiz boşanmağımın türk gəncləri üçün yaxşı nümunə olmayacağını söylədi. Mənə yenidən cəhd etməyi təklif etdi”.

O, görüşün Burcu Kıratlı və Əminə Ərdoğanın da iştirak etdiyi bir mühitdə keçdiyini bildirib.

Müğənni Prezidentin məsləhəti ilə boşanma qərarını bir müddət təxirə saldıqlarını etiraf edib.

Избранный
43
6
publika.az

7Источники