RU

Göyərtəsində 425 sərnişin olan təyyarə Moskvadan qalxdı: Az sonra siqnal verdi ki...

“Red Wings Airlines”a məxsus Moskvadan Phuketə uçan təyyarə Moskva bölgəsi üzərində qəza siqnalı verib.

Publika.az xəbər verir ki, təyyarə yanacaq yandırmaq üçün bir saat havada qalıb və daha sonra uçuş hava limanına enməyə hazırlaşıb.

“Boeing 777-200”, saat Moskva vaxtı ilə 20:55-də yola salınmalı olmasına baxmayaraq, Domodedovodan saat 21:19-da yola düşüb. Az sonra pilotlar “Code 7700” təcili siqnalını işə salıblar.

Səbəb mühərrikdə yanğın olmasıdır. Təhlükə siqnalı verən təyyarə Domodedovoda eniş edib. “Rosaviatsiya” heç bir xəsarətin olmadığını bildirib.

Избранный
28
2
publika.az

3Источники