RU

AİB Orta Dəhliz boyunca CAREC-2-nin transformasiyası barədə danışıb (ÖZƏL)

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) Orta Dəhlizin tamdəyərli iqtisadimarşruta çevrilməsi istiqamətində işlərin aktivləşməsi fonundaMərkəzi Asiya və Cənubi Qafqazda nəqliyyat, ticarət və enerjisahələrində əməkdaşlığa dəstəyini gücləndirir.

Bunu Trend-əAİB-in Mərkəzi və Qərbi Asiya departamentinin baş direktoru LeyaQutyerres bildirib.

Onun sözlərinə görə, AİB-in əsas cari təşəbbüslərindən biri OrtaDəhlizlə uzlaşan CAREC-2 dəhlizinin inteqrasiya olunmuş iqtisadidəhlizə çevrilməsidir.

AİB nümayəndəsi qeyd edib ki, həyata keçirilən tədbirlər birsıra ölkələrdə tənzimləmə sahəsində aparılan islahatlarla yanaşı,infrastruktur və logistika üzrə investisiyaların birləşdirilməsininəzərdə tutur. Bu səylərin məqsədi tranzit–Xəzər əlaqəliliyininartırılması və region iqtisadiyyatları ilə onların xaricitərəfdaşları üçün çıxış imkanlarının genişləndirilməsidir.

“Hazırda AİB CAREC-2 dəhlizinin inkişafı üzrə xüsusi yanaşmahazırlayır ki, bu da hökumətlərlə və inkişaf tərəfdaşları iləəlaqələndirməni gücləndirməyə xidmət edəcək. Strategiyamodernləşdirilmiş sərhəd-keçid məntəqələri, ticarətinrəqəmsallaşdırılması və logistika mərkəzlərinin inkişafı kimi azxərcli və yüksək effektiv tədbirlərə üstünlük verəcək. Eyni zamandauzunmüddətli nəqliyyat yeniləmələri üçün baza yaradılacaq”, – deyəL. Qutyerres bildirib.

O həmçinin əlavə edib ki, AİB regiondakı təşəbbüslərinuzlaşdırılmasına yönəlmiş Avropa Komissiyasının TransxəzərNəqliyyat Dəhlizi üzrə Koordinasiya Platformasında iştirakedir.

Energetika mövzusuna toxunan AİB nümayəndəsi, qurumun Asiyaİnfrastruktur İnvestisiya Bankı ilə əməkdaşlığının genişləndiyiniqeyd edib. Onun sözlərinə görə, hər iki institut Orta AsiyadanAzərbaycana və buradan da Qərbə ötürülməsi nəzərdə tutulan elektrikenerjisinin Xəzərin dibi ilə çəkilməsi planlaşdırılan kabelvasitəsilə çatdırılmasını nəzərdə tutan “Yaşıl enerji dəhlizi”layihəsinin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasınadəstək göstərir.

O vurğulayıb ki, bu təşəbbüs ekoloji cəhətdən təmiz enerjiticarətinə artan marağı və regionun əlaqəliliyi ilə uzunmüddətlienerji təhlükəsizliyinin möhkəmləndirilməsi üçün böyük potensialıəks etdirir.

Məqalədə:
Избранный
24
2
az.trend.az

3Источники