RU

"Sabah"ın sabiq baş məşqçisi Rusiya klubuna keçir

BAKI, 4 dekabr. TELEQRAF

"Sabah"ın sabiq baş məşqçisi Vasili Berezutski Rusiyanın "Ural" klubunun sükanı arxasına keçə bilər.

Teleqraf xəbər verir ki, bu barədə "Legalbet" məlumat yayıb.

43 yaşlı mütəxəssis Birinci Liqa təmsilçisində istefaya göndəriləcəyi gözlənilən Miroslav Romaşenkonu əvəzləməyə əsas namizəddir.

Yekaterinburq təmsilçisi son üç oyunda qələbə qazana bilmir. Komanda turnir cədvəlində 21 turdan sonra 41 xalla ikinci pillədə qərarlaşıb.

Qeyd edək ki, Vasili Berezutski ötən mövsüm "Sabah"ın baş məşqçisi olub. O, Masazır təmsilçisi ilə Azərbaycan Kubokunu qazanıb. Rusiyalı mütəxəssis həyat yoldaşının səhhətindəki problemlərə görə tutduğu vəzifədən istefa verib.

Избранный
139
teleqraf.com

1Источники