ain.az bildirir, Azvision portalına istinadən.
AzVision.az xəbər verir ki, görüş 5 Dekabr — Beynəlxalq Könüllülər Günü ərəfəsində təşkil olunub. Ülvi Mehdiyev iştirakçıları əlamətdar gün münasibətilə təbrik edib, onlara fəaliyyətlərinə görə təşəkkür edib.
Tədbir çərçivəsində ASAN könüllülərinin 2025-ci il ərzindəki fəaliyyətini əks etdirən videoçarx da nümayiş olunub.
Ardınca il ərzində xüsusi fəallıq göstərən bir sıra könüllülər “İlin ASAN Könüllüsü” nominasiyası üzrə, habelə könüllülər üzrə məsul şəxslər könüllülük fəaliyyətinin təbliğində aktiv iştiraklarına, fəal təşkilatçılıq fəaliyyətlərinə və təşəbbüskarlıqlarına görə mükafatlandırılıblar.
“ASAN xidmət”in fəaliyyətə başladığı dövrdən etibarən 44.000-ə yaxın gənc bu prosesə könüllü kimi qoşulub. Bu müddət ərzində könüllülər tərəfindən 6500-dən çox təlim, 850-dən çox yerli və beynəlxalq layihə icra olunub, 3400-dən çox könüllü “ASAN Kadr” portalı vasitəsilə işlə təmin edilib. AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.