Bizim media portalından verilən məlumata əsasən, ain.az bildirir.
Xəbər verdiyimiz kimi, ötən gün Ağdərə rayonunun Şıxarx qəsəbəsi yaxınlığında minaya düşən 1970-ci il təvəllüdlü şəxsin (kişi) son durumu açıqlanıb.
MÖVZU İLƏ BAĞLI:SON DƏQİQƏ: Ağdərədə mina partlayıb, xəsarət alan var
Bərdə Rayon Mərkəzi Xəstəxanasından Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, minaya düşmə səbəbilə xəsarət alan 1970-ci il təvəllüdlü şəxsin (kişi) müalicəsi Bərdə Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir.Partlayış travması, sağ baldırın aşağı 1/3 travmatik amputasiyası diaqnozu təyin olunan pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda vəziyyəti orta ağır qiymətləndirilir.Xatırladaq ki, 1970-cı il təvəllüdlü Pənahəliyev Nazim Kamran oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən piyada əleyhinə minaya düşüb.Naibə Məmmədova, Bizim.Media
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.