RU

Qazaxıstan Xəzər Boru Kəməri Konsorsiumuna dəymiş ziyanı qiymətləndirir

Qazaxıstan hökuməti hazırda Xəzər Boru Kəməri Konsorsiumuna (CPC) edilən hücumdan dəymiş ziyanı qiymətləndirir.

APA xəbər verir ki, bu barədə “Kazinform” energetika nazirinin müavini Erlan Akbarova istinadən məlumat yayıb.

Nazir müavini bildirib ki, Novorossiyskdə CPC obyektinə hücumdan sonra neftin nəqli adi rejimdə davam edir.

“Bir körpü tam şəkildə işləyir, ikinci körpünün sistemə qoşulması üçün işlər aparılır. Hazırda nəql prosesində heç bir məhdudiyyət yoxdur”, – o qeyd dib.

Akbarovun sözlərinə görə, hökumət zədələnmiş uzaqdan idarə olunan yanalma qurğusuna dəyən ziyanı qiymətləndirir.

“Ukrayna tərəfi ilə qarşılıqlı əlaqə məsələləri XİN-in səlahiyyətinə daxildir”, - Akbarov əlavə edib.

Избранный
85
1
apa.az

2Источники