RU

Əmrə Belözoğlu Süper Liqaya dönür

Sherg.az saytına istinadən ain.az xəbər verir.

Son olaraq "Antalyaspor"u çalışdıran və bir müddətdir hər hansı bir komandada vəzifə almayan baş məşqçi Əmrə Belözoğlu Süper Liqaya geri dönür.

Trendyol Süper Liqada 15-ci həftənin həyəcanı yaxınlaşarkən, inkişaflar da davam edir.

Sherg.az xəbər verir ki, vu mövsüm 14 oyunda 3 qələbə, 4 heç-heçə və 7 məğlubiyyət alan "Kasımpaşa"da baş məşqçi Şota Arveladze ilə yolların ayrılmasının çox yaxın olduğu bildirilir.

Gürcü çalışdırıcıdan sonra komandaya gətiriləcək adla bağlı bir çox namizədin adı çəkilsə də, diqqətçəkən bir iddia gündəmə gəlib.

Yağız Sabuncuoğlunun məlumatına görə, "Kasımpaşa "klubu baş məşqçi Əmrə Belözoğlu ilə əl sıxıb.

İstanbul təmsilçisinin Belözoğlu ilə 1,5 illik müqavilə üzərində razılaşdığı qeyd olunub.

Son olaraq "Antalyaspor"u çalışdıran 45 yaşlı baş məşqçi 9 qələbə, 6 heç-heçə və 13 məğlubiyyət əldə edərək 1.18 xal ortalaması göstərmişdi.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
3
sherg.az

1Источники