RU

Sumqayıt teatrının Bakı qastrolu davam edir 15 dekabr AZDRAMADA

Tribuna saytından alınan məlumata görə, ain.az bildirir.

15 dekabr saat 19:00-da Sumqayıt Dövlət Dram Teatrının kollektivi Akademik Milli Dram Teatrının səhnəsində məşhur osetin dramaturqu Georgi Xoqayevin “Varlı ev” əsəri əsasında hazırlanan eyniadlı tamaşa ilə çıxış edəcək.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov,

Pyesin rus dilindən tərcümə edən Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu,

Quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova,

Musiqi tərtibatı Şəmistan Muradxanlıdır.

Tamaşada 20-ci əsrin əvvəllərində sərt ailə qaydaları altında yaşayan bir ailənin bədbəxtliyini və var-dövlətə olan həsrətin insanları necə parçaladığını göstərir.

Səhnə əsərində rolları Əməkdar artistlər Rauf Ağakişiyev, Xatirə Süleymanova, Sədaqət Nuriyeva, həmçinin aktyorlar Oqtay Mehtiyev, Habil Xanlarov, Şəmistan Süleymanlı və Məryəm Hüseynli ifa edirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
9
3
tribunainfo.az

4Источники