RU

Hava limanı yolunda təhlükəli manevr: Sürücü ən sol zolaqdan ən sağa uçdu VİDEO

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Paytaxtın Hava limanı yolunda kobud qayda pozan sürücü avtomobilin kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə dekabrın 4-də saat 09:04 radələrində qeydə alınıb. Kadrdan göründüyü kimi, 90-GY-421 dövlət nömrə nişanlı “Chevrolet” markalı avtomobilin sürücüsü manevr qaydasını pozub. Belə ki, hərəkət istiqamətini dəyişmək istəyən sürücü hərəkətdə olduğu ən sol zolaqdan birbaşa ən sağ zolağa keçib və bu zaman görüntünü qeydə alan avtomobilə təhlükə yaradıb. Xoşbəxtlikdən qəza baş verməyib.

Qeyd edək ki, belə təhlükəli halların baş verməməsi üçün sürücü öncədən düzgün zolaqda yerləşməlidir. Eyni zamanda manevr etməzdən əvvəl yola diqqətlə baxmalı və zolağın boş olduğuna əmin olduqdan sonra əməliyyatı icra etməlidir.

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
28
avtosfer.az

1Источники