Kürdəmir rayonunda səkkizotaqlı fərdi yaşayış evi yanıb.
Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Sığırlı kəndində qeydə alınıb.
Kənd sakini Ağamalıyev Rza Qardaşxan oğluna məxsus ikimərtəbəli, ümumi sahəsi 130 kv metr olan 8 otaqlı ev yanaraq külə dönüb.
Hadisə yerinə FHN-nın Kürdəmir rayon dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və genişləndirilməsinin qarşısı alınıb.
Hadisənin elektrik naqillərində yaranan qısaqapanmadan baş verdiyi ehtimal edilir.