RU

“Flamenqo” Braziliya çempionu oldu

Braziliyanın “Flamenqo” futbol klubu ölkə çempionatını bir tur əvvəldən rəsmən qazanıb.

İdman.Biz xəbər verir ki, Rio təmsilçisi “Seara” üzərində Marakanada 1:0 hesablı qələbə qazanaraq xalını 78-ə çatdırıb və “Palmeyras”la fərqi 5-ə yüksəldib. Bu fərq son tur öncəsi rəqib üçün artıq əlçatmazdır.

Qaraskalın ötürməsi ilə Samuel Linonun vurduğu qol “Flamenqo”ya həm Braziliya Liqasını, həm də cəmi dörd gün əvvəl qazanılmış Libertadores kubokunun yaratdığı həyəcanı ikiqat edib. Klub 73.244 azarkeşlə mövsümün rekord tribunası qarşısında oynayıb.

Bu titul “Flamenqo”nun tarixinin ən uğurlu mövsümünü rəsmiləşdirib. Komanda 2024–2025-ci illər mövsümündə Libertadores kuboku, Braziliya Liqası, Kampionato Karioka, “Supercopa do Brasil” olmaqla dörd titul əldə edib və 2019-cu ildəki dördqat uğurunu təkrarlayıb.

Baş məşqçi Filipe Luis yorğunluğa baxmayaraq, “Palmeyras”la finalda oynayan eyni heyəti bu görüşdə də meydana çıxarıb. Məqsəd titulu məhz bu gün təmin etmək və İnterkontinental Kubok üçün Qətərə gedəcək əsas heyətin hazırlığını vaxtında başlamaq idi.

“Flamenqo” ilk hissədə oyuna tam nəzarət etsə də, müdafiəyə qapanan “Seara”nı aşmaq çətin olub. Lakin 36-cı dəqiqədə Samuel Lino artıq tablodakı hesabı dəyişib və komandanın çempionluğunu rəsmiləşdirib.

İdman.Biz

Məqalədə:
Избранный
24
idman.biz

1Источники