RU

“Azərbaycan Könüllülük Həftəsi 2025” çərçivəsində VIII Həmrəylik Forumu keçirilir YENİLƏNİR/FOTOLAR

Azərbaycan Könüllü Təşkilatlar İttifaqı tərəfindən təşkil olunan “Azərbaycan Könüllülük Həftəsi 2025” çərçivəsində “Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu” keçirilir. SİA xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, həmçinin müxtəlif könüllü təşkilatlar və media nümayəndələri iştirak edirlər.

Tədbir çərçivəsində könüllülərin fəaliyyətinə dair təqdimatlar, layihələrin icra nəticələri və gələcək planlar nümayiş olunur. Forum həmçinin şanlı Zəfər tarixi, dövlətçilik və suverenlik mövzularında maarifləndirici çıxışlar, eləcə də regional və qlobal könüllü təcrübələrinin paylaşılması ilə zənginləşdirilib.

Azərbaycan Könüllülük Həftəsi 2025-in keçirilməsi ölkəmizdə “Konstitusiya və Suverenlik İli”nə həsr olunub və bu il tədbirlər gənclərin və könüllülərin suverenlik və vətənpərvərlik ruhunda maariflənməsinə xidmət edir.

Müəllif: Günel Fərzəliyeva
Избранный
24
sia.az

1Источники