ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
ABŞ Dövlət Departamenti iki iranlı hakerin kimliyinin və yerinin müəyyən edilməsi üçün 10 milyon dollara qədər mükafat təklif edib.
Departamentin “Ədalət üçün Mükafat” proqramında bildirilir ki, həmin şəxslər İran hökumətinin göstərişi ilə ABŞ-nin infrastrukturuna qarşı kiberhücumlarda iştirak ediblər və bununla da Kompüter Saxtakarlığı və Sui-istifadə Qanununu pozublar.
Məlumata görə, həmin şəxslər SEPAH-ın kəşfiyyat strukturu ilə əlaqəli Şəhid Şüştəri qrupunun Fatimə Seddiqian və Məhəmməd Şirinkar adlı üzvləridir.
ABŞ bu qrupun Amerika, Avropa və Yaxın Şərqdə media, gəmiçilik, enerji, maliyyə, turizm və telekommunikasiya kimi kritik sahələri hədəf alaraq geniş maliyyə itkilərinə və dövlət qurumlarının fəaliyyətində pozuntulara səbəb olduğunu vurğulayır.
"AzPolitika.info"
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.