RU

Kürdəmirdə ev yanaraq külə döndü FOTO

ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kürdəmirdə fərdi yaşayış evi yanıb.Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Sığırlı kəndində qeydə alınıb.Belə ki, kənd sakini Ağamalıyev Rza Qardaşxan oğluna məxsus iki mərtəbəli ümumi sahəsi 130

kv metr olan 8 otaqlı ev yanaraq külə dönüb.Hadisə yerinə FHN-nın Kürdəmir rayon dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və genişləndirilməsinin qarşısı alınıb. Ev sahibinin sözlərinə görə, yanğın zamanı ona ümumilikdə 100 min manata yaxın maddi ziyan dəyib.Qeyd edək ki, hadisənin elektrik naqillərində yaranan qısaqapanmadan baş verdiyi ehtimal edilir. Fakt araşdırılır.Bizim.Media, Aran bürosu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
78
1
bizim.media

2Источники