RU

Son illər ölkəmizdə könüllülərin fəaliyyəti dövlət sektorunda xüsusi əhəmiyyət kəsb edir - Nazir müavini

Bakı. Trend:

Könüllülük sosial bir təşəbbüs deyil, bu – vətəndaşhəmrəyliyinin, dövlətə bağlılığın ən gözəl təcəssümüdür.

Trend xəbərverir ki, bunu bu gün ədliyyə nazirinin müavini Toğrul Hüseynov“Konstitusiya və Suverenlik İli”nə həsr edilən 7-ci “AzərbaycanKönüllülük Həftəsi” çərçivəsində keçirilən AzərbaycanKönüllülərinin 8-ci Həmrəylik Forumunda çıxışı zamanı deyib.

Nazir müavini xatırladıb ki, hər il Azərbaycanda Könüllülər Günügeniş miqyasda qeyd olunur. Bu, Azərbaycan gəncliyinə göstəriləndiqqətin, dövlətimizin gənclər siyasətinə verdiyi yüksək dəyərindaha bir bariz təcəssümüdür:

“Bu forumun “həmrəyliyin simvolu” kimi adlandırılması təsadüfideyil, həmrəylik hər birimizin daxilində daşıdığı məsuliyyəthissidir. Könüllülər isə bu məsuliyyətin ən fəal, ən fədakardaşıyıcılarından hesab olunur”.

T. Hüseynov vurğulayıb ki, Konstitusiyamız vətəndaşlarıncəmiyyətə töhfə vermək, sosial ədaləti və həmrəyliyimöhkəmləndirmək kimi əsas prinsiplərini vurğulayır:

“Son illər ölkəmizdə könüllülərin fəaliyyəti dövlət sektorundaxüsusi əhəmiyyət kəsb etməyə başlayıb. Dövlət qurumlarında, ocümlədən Ədliyyə Nazirliyində könüllülük fəaliyyəti geniş miqyasdatətbiq olunur. Konstitusiya və qanunvericiliyin tələbləriçərçivəsində Ədliyyə Könüllülər Hərəkatı gənclərimizin bilik vəbacarıqlarının artırılmasına, dövlət qurumlarının fəaliyyətindəonların fəal iştirakına mühüm töhfə verir.

Gənclərlə sıx və kompakt işin qurulması, Nazirliyinfəaliyyətinin ictimai əsaslarda dəstəklənməsi, strateji insankapitalının formalaşdırılması, könüllülük hərəkatının realbacarıqlarla zənginləşdirilməsi çox vacibdir.

Könüllülərimizə yeni bacarıqlar qazandırmaq, onların inkişafınadəstək vermək, ayrılan qısa müddət ərzində maksimum səmərəliliyitəmin etmək bizim əsas hədəflərimizdən biridir.

Ədliyyə Nazirliyi olaraq gənclərin bizimlə birlikdə müxtəlifstrateji fəaliyyətlərdə iştirak etməsi, Nazirliyin aparıcıqurumlarında və regional idarələrində təcrübə keçməsi bizim üçünböyük qürurdur”.

Избранный
20
1
az.trend.az

2Источники