RU

Valideynlər uşaqları əyləncəyə deyil, həkim müayinəsinə aparmalıdır Nevroloq valideynlərə XƏBƏRDARLIQ ETDİ

ain.az, Demokrat.az saytına istinadən bildirir.

“13 yaşlı qızın ölümü bir daha göstərdi ki, bir çox valideynlər uşağın beyninin necə həssas olduğunu dərk etmir. Yeniyetməlik dövründə sinir sistemi ən gərgin inkişaf mərhələsində olur”.Bu sözləri uşaq nevroloqu Fəxriyyə Həsənova Demokrat.az-a açıqlamasında deyib.O bildirib ki, hər bir emosional təsir beyin fəaliyyətinə dərin iz buraxır:“Uşağın telefonunun gecə özündə qalması, məzmun nəzarətinin aparılmaması və davranış dəyişikliklərinə laqeyd yanaşılması ciddi nevroloji risk yaradır. Valideynlər çox zaman düşünür ki, uşaq sakitdirsə, hər şey qaydasındadır. Halbuki sinir sistemi səssiz şəkildə yüklənir. Qorxu, gərginlik, qaranlıqda ekran işığı, yüksək həyəcan yaradan vizuallar bunların hamısı yeniyetmə beynini həddindən artıq stimullaşdırır. Tədricən sinir sistemində çökmə yaradır. Uşağın öz otağında, xüsusi ilə gecələr, internetlə tək qalmasına şərait yaratmaq nevroloji baxımdan çox təhlükəli addımdır”.Həkim diqqətə çatdırıb ki, valideynin vəzifəsi təkcə uşağı yedizdirmək və geyindirmək deyil:“Beynin sağlam inkişafını qorumaq, onun gündəlik emosional yüklənməsini izləmək, davranışındakı ən kiçik dəyişiklikləri belə görmək lazımdır. Əgər uşaq özünə qapanırsa, gecələr oyaq qalırsa, qorxulu rəsmlər çəkirsə və ya gərgin görünürsə – bu, birbaşa müdaxilə tələb edən nevroloji problemin xəbərçisidir. Ən acı məqam budur ki, bir çox valideyn bu siqnalları yeniyetməlik kaprizləri kimi görür. Halbuki bu yanaşma uşağı qorumasız qoyur və faciəvi nəticələrin qarşısını almaq mümkünsüzləşir. Uşağın beynini qorumaq valideynin ən əsas vəzifələrindən biridir. Bu məsuliyyət yerinə yetirilməyəndə nəticələr belə ağır olur. Valideynlər uşaqlarını əyləncə mərkəzlərinə aparmağa tələsdikləri qədər, ildə heç olmasa bir dəfə həkim müayinəsinə aparmaq barədə də düşünməlidirlər”.Leyla Turan

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
80
demokrat.az

1Источники