RU

Rusiyada FaceTime bloklanıb

Ajans.az RİA Novosti-yə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları FaceTime xidmətinin “terror hücumlarının təşkili və həyata keçirilməsi, insanları terror fəaliyyətinə cəlb etmək, vətəndaşlara qarşı dələduzluq və digər cinayətlərin törədilməsi” üçün istifadə olunduğunu müəyyən edib. Bundan əvvəl Rusiya hakimiyyəti Telegram-da videozəng funksiyasını bloklamış, həmçinin bir sıra digər onlayn xidmətlərin fəaliyyətini məhdudlaşdırmışdı.

FaceTime — iPhone, iPad və MacBook cihazları arasında internet üzərindən video və audio zənglər üçün nəzərdə tutulmuş Apple tətbiqidir.

Избранный
75
Ajans.az

1Источники