Yango Group beynəlxalq texnologiya şirkətinin tərkibində fəaliyyət göstərən Yango Ride Azərbaycanda tətbiqində yenilənmiş təhlükəsizlik mərkəzini istifadəyə verir. Yeni versiya bütün təhlükəsizlik tədbirlərini həm səfərdən əvvəl, həm də icra zamanı sərnişinlər üçün daha görünən və şəffaf edir. Yeniləmə yaxın günlərdə istifadəçilərə təqdim olunacaq.
Şəxsi təhlükəsizlik mərkəzi
Yenilənmiş interfeys sərnişinlərə səfərin aktual təhlükəsizlik statusunu və real vaxtda tətbiq edilən funksiyaları göstərir. Artıq bir ekranda aşağıdakılar əks olunur:
● bütün səfərlərin məcburi sığortası
● sürücünün şəxsiyyət identifikasiyası
● sürmə tərzinin nəzarəti
● sürət həddinin aşılmasına nəzarət
Sistem məlumatları avtomatik olaraq analiz edir və təhlükəsizlik səviyyəsini “High Safety”dən “Safety Alert”ə qədər göstərir – tətbiqin yenilənmiş ekran görüntülərində olduğu kimi.
Təhlükəsizlik yoxlama siyahıları və sürətli qorunma alətləri
Səfərdən əvvəl istifadəçilər şəxsi tövsiyə siyahısından keçə bilər: etibarlı kontaktlar əlavə etmək, profili yeniləmək, təhlükəsiz səyahət qaydaları ilə tanış olmaq. Əgər hər hansı addım yerinə yetirilməyibsə, tətbiq bunu yeniləməyi xatırladacaq.
Təhlükəsizlik mərkəzində hər zaman SOS düyməsi, operativ yardım üçün dəstək xidməti və marşrutu yaxınlara göndərmə funksiyası mövcuddur.
Yeni təhlükəsizlik mərkəzi — şəffaflığa və etimada doğru addım
«Biz çalışırıq ki, hər bir sərnişin hər səfərdə özünü güvənli hiss etsin. Yenilənmiş təhlükəsizlik mərkəzi proseslərimizi daha şəffaf edir və istifadəçilərə göstərir ki, biz onları hər mərhələdə – maşın axtarışından marşrutun tamamlanmasına qədər necə qoruyuruq», – deyə Yango Azerbaijan komandasından Müşviq Həsənov qeyd edir.
Sistem səfər zamanı təhlükəsizliyə necə nəzarət edir?
Yango Ride 25-dən çox təhlükəsizlik alətindən istifadə edir və GPS, sürücünün smartfonundakı akselerometr, həmçinin sənəd verifikasiyası sistemi üzərində qurulan müasir alqoritmlərə əsaslanır.
Sürücünün identifikasiyası
Sürücülər mütəmadi olaraq sürücülük vəsiqəsinin ön və arxa tərəfinin fotosunu, həmçinin onunla birlikdə selfi yükləməlidirlər. Yoxlama tamamlanmadan sürücü sifariş qəbul edə bilmir.
Sürətə nəzarət
Tətbiq avtomobilin sürətini yolun həmin hissəsində icazə verilən maksimum sürətlə müqayisə edir.
Sürmə tərzinə nəzarət
Sistem kəskin sürətlənmə, əyləcləmə və manevrləri qeydə alır. Qayda pozuntusu olduqda sürücüyə xəbərdarlıq edilir, təkrar pozuntular zamanı isə xidmətə çıxışı məhdudlaşdırıla bilər.
Sürücünün növbə vaxtına nəzarət
Sürücü uzun müddət fasiləsiz olaraq işləyirsə, tətbiq ona istirahət etməli olduğunu bildirir.



