İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin xarici kəşfiyyat xidməti olan “Mossad”ın yeni rəhbəri vəzifəsinə öz hərbi katibi, general-mayor Roman Hofmanı təyin etməyi planlaşdırır.
KONKRET.az xəbər verir ki, bu barədə baş nazirin ofisi məlumat yayıb.
Roman Hofman hazırkı direktor David Barneanı əvəz edəcək. Barneanın səlahiyyət müddəti 2026-cı ilin iyununda başa çatır. Netanyahu bu təyinatla bağlı vəsatəti bu gün yüksək vəzifələrə namizədlərin təyinatını qiymətləndirən Məşvərət Komitəsinə təqdim edib.
Müşviq Tofiqoğlu
KONKRET.az