RU

Rusiyada bu tətbiq qadağan edildi

Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi Əlaqə Nəzarət Xidməti (Roskomnadzor) sentyabr ayından etibarən "FaceTime"da yaşanan əlçatanlıq problemləri ilə bağlı açıqlama yayıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, tətbiq üzərindən cinayətlərin törədildiyi iddia edilən açıqlamada, “ "FaceTime", ölkədə terror fəaliyyətləri təşkil etmək və həyata keçirmək, təqsirkarları işə cəlb etmək, vətəndaşlarımıza qarşı fırıldaqçılıq və digər cinayətləri törətmək üçün istifadə edilir” - deyilib.

Açıqlamada qeyd edilib ki, bu səbəbdən tətbiqə giriş məhdudlaşdırılıb. Eyni zamanda, Rusiyada təhlükəsizlik və fırıldaqçılıqla mübarizə məqsədilə "WhatsApp" və "Telegram" üzərindən edilən zənglərə məhdudiyyətlər qoyulub. Bir müddət əvvəl istifadəyə verilən yerli tətbiq MAX, xüsusilə dövlət qurumları arasında sürətlə yayılmağa başlayıb.

Избранный
7
manset.az

1Источники