RU

QHT sədri: "Postneft dövrü üçün iqtisadi dayanıqlılıq əsas hədəfdir"

"2026-cı il büdcə müzakirələri Azərbaycanın qarşıdakı illərdə daha balanslaşdırılmış iqtisadi siyasətə üstünlük verəcəyini göstərir. Sürətli artım, makroiqtisadi sabitlik və strateji ehtiyatların artırılması bir-birinə rəqabət yaradan, lakin paralel şəkildə idarə olunmalı hədəflərdir".

QHT.az xəbər verir ki, bu sözləri İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli bildirib. Onun sözlərinə görə, 2026-cı ildə sosial xərclər prioritet olaraq qalacaq, eyni zamanda infrastruktur və biznes mühitinin yaxşılaşdırılmasına yönəlik investisiyalar da vacibdir. Ekspert inflyasiyanın idarə olunması, monetar siyasətin gücləndirilməsi və idxaldan asılılığın azaldılmasının mühüm faktor olduğunu vurğulayıb:

"Qeyri-neft sənayesi, emal, logistika və “yaşıl enerji”nin inkişafı ölkənin uzunmüddətli iqtisadi dayanıqlığını təmin edəcək".

Избранный
31
qht.az

1Источники