RU

TikTok-da yayılan “Dubay şokoladı” trendi kənd təsərrüfatını DƏYİŞDİ

TikTok-da yayılan “Dubay şokoladı” trendi Argentinada kənd təsərrüfatını dəyişdib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Argentinanın San Juan bölgəsində son beş ildə ölkədə püstə əkini sahələri beş dəfə artaraq təxminən 25 min akra çatıb. Bu artımın əsas səbəblərindən biri TikTok-da məşhur olan “Dubay şokoladı”dır.

Mütəxəssislər Argentinanın Cənubi Amerikada yeganə böyük istehsalçı olduğunu və gələcəkdə mühüm ixracatçıya çevriləcəyini proqnozlaşdırırlar. Şimal yarımkürəsində mövsüm bitdikdə Argentina bazara məhsul çıxararaq boşluğu doldura biləcək.

Qeyd edək ki, qlobal miqyasda şərab istehlakının azalması səbəbindən bəzi fermerlər üzüm bağlarını “yaşıl qızıl” adlandırdıqları püstə ağacları ilə əvəz etməyə başlayıblar.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
38
interpress.az

1Источники