RU

Zaxarova: İrəvan etik standartları pozub

Rusiya Xarici İşlər Nazirliyi Ermənistanı dövlət başçılarının yazışmalarını onların razılığı olmadan yayaraq etik standartlara məhəl qoymamaqda ittiham edib.

"Yeni Sabah" RIA Novosti-yə istinadla xəbər verir ki, nazirliyin sözçüsü Mariya Zaxarova rəsmi İrəvanın keçmiş Qarabağ münaqişəsi ilə bağlı eks-prezident Serj Sarkisyanın Rusiya Prezidenti Vladimir Putinə ünvanladığı məktubla bağlı məsələyə münasibət bildirib.

Onun sözlərinə görə, İrəvan ATƏT-in Minsk qrupu həmsədrlərinin iş materiallarını və dövlət başçılarının yazışmalarını onların razılığı olmadan açıqlayaraq etik standartlara məhəl qoymayıb.

Xatırlatma: Ermənistan hökuməti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlara dair sənədləri dərc edib. Hökumətin saytında ümumilikdə 13 fayl yerləşdirilib. Bunların arasında 2011-ci ildə Kazanda müzakirə olunan sənəd, 2019-cu ildə təqdim olunan vasitəçilərin təklifləri və üçüncü prezident Serj Sarkisyanın 2016-cı ilin avqustunda rusiyalı həmkarı Vladimir Putinə məktubu da var.

 


Telegram kanalımız
Избранный
32
1
yenisabah.az

2Источники