RU

Xankəndidə Vüqar Həşimovun xatirəsinə həsr olunan turnir keçiriləcək

Bakı, 4 dekabr, AZƏRTAC

Dekabrın 9-dan 11-dək mərhum şahmatçı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan 11-ci Vüqar Həşimov Memorialı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə baş tutacaq turnirdə 6 şahmatçı rapid və blits yarışlarında mübarizə aparacaq.

Zəka sahiblərindən Yan Nepomnyaşi (FİDE), Amin Tabatabai (İran), Vladimir Fedoseyev (Sloveniya), Nodirbek Yakubboyev (Özbəkistan), Rauf Məmmədov və Aydın Süleymanlı 2 dövrədə qüvvələrini sınayacaqlar.

Sayca 11-ci Memoriala Xankəndi şəhəri ev sahibliyi edəcək.

Qeyd edək ki, Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə keçirilib. 2023-cü ildən isə turnir FİDE dünya çempionatının seçmə mərhələ statusunu alıb.

Избранный
166
11
azertag.az

10Источники