Xəbər verdiyimiz kimi, “Aristokrat” klinikasında sertifikatsız stomatoloqların fəaliyyəti ilə bağlı xəbər sosial şəbəkələrdə məlumat yayılıb.
Qurum bildirib ki, yoxlama zamanı ciddi nöqsanlar aşkarlanıb və buna görə “Aristokrat” Tibb Mərkəzi MMC və Araz Məmmədzadə barəsində İnzibati Xətalar Məcəlləsinin 215.4 və 215.1-ci maddələrinə uyğun olaraq protokollar tərtib edilib.
Qanun pozuntuları ilə bağlı sənədlər növbəti icraata göndərilib.
Milli.Az