RU

Ali təhsil müəssisələrində rəqəmsal bacarıqlar üzrə beynəlxalq təhsil proqramına start verilir

Bakı. Trend:

Ölkənin ali təhsil müəssisələrində rəqəmsal bacarıqlar üzrəbeynəlxalq səviyyəli intensiv təhsil proqramı olan “ITSkillSprint”in qeydiyyatına start verilir. Layihə Rəqəmsal İnkişafvə Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, İnnovasiya vəRəqəmsal İnkişaf Agentliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyivə “Ironhack” tədris şirkətinin tərəfdaşlığı ilə icra olunur.

Proqramın məqsədi tələbələrin müasir texnologiyalar üzrə bilikvə praktiki bacarıqlarını gücləndirmək, onları qlobal əmək bazarınahazırlamaq və universitet-sənaye əməkdaşlığını inkişaf etdirməkdir.Eyni zamanda, layihə Azərbaycan universitetlərində qlobal İT təhsilstandartlarını tətbiq etməyi hədəfləyir.

Proqram “DevOps və Cloud Computing”, “Data və AI”,“Cybersecurity”, “Web Development” istiqamətlərini əhatə edəcək.Tədris hibrid formatda təşkil olunacaq və proqramın müxtəlifmərhələlərində beynəlxalq mentorlar Bakıda intensiv dərsləraparacaqlar. “Bootcamp” formatında baş tutacaq tədris tələbələrəreal layihələr üzərində çalışmaq və portfel formalaşdırmaq imkanıtəqdim edəcək. Proqram çərçivəsində tələbələr üçün hakatonlar,karyera sərgiləri və şəbəkələşmə tədbirləri kimi əlavə inkişafimkanları da təşkil olunacaq. Tədrisi uğurla tamamlayan tələbələrbeynəlxalq səviyyədə tanınan “Ironhack” şirkəti tərəfindənsertifikat əldə edəcəklər.

Proqram ali təhsil müəssisələrinin 3-cü kursunun 2-ciyarımilində təhsil alan, 400 və üzəri balla universitetə daxilolmuş tələbələrə şamil olunur. Qeyd edək ki, istənilən ixtisas üzrətəhsil alan tələbələr proqramda iştirak edə bilərlər.İştirakçıların seçim prosesi qeydiyyat, baza bilikləriniqiymətləndirən test imtahanı və müsahibə mərhələlərindən ibarətolacaq.

Proqram 2026-cı ilin fevral-iyul ayları olmaqla ümumilikdə 6 aydavam edəcək. Bu müddətdə iştirak edən tələbələrin kreditləriuniversitetlər tərəfindən tanınacaq. Beləliklə, iştirakçılar digərfənlərdən azad edilərək yalnız bu tədris proqramına fokuslanabiləcəklər.

Layihə pilot xarakter daşıyır və bu mərhələdə yalnız seçilmişuniversitetlər iştirak edə bilər.

Qeydiyyat üçün link: https://ironhack.typeform.com/idda-ironhack

Son qeydiyyat tarixi: 20 dekabr 2025-ci il

Qeyd edək ki, texnologiya üzrə qlobal tədris şirkəti olan“Ironhack” 2013-cü ildən etibarən tələbələrə beynəlxalq İTsahəsində praktik bacarıqlar qazandırır. Bu günə qədər 25 000-dənçox məzun yetişdirən şirkət məzunlarının 75%-nin proqramıbitirdikdən sonra işlə təmin olunmasını təmin edib. Həmçinin,məzunlar 800-dən çox qlobal şirkətdə çalışırlar.

Избранный
113
5
az.trend.az

6Источники