Bakı, 4 dekabr, AZƏRTAC
Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu tərəfindən 2025-ci ilin yanvar-noyabr aylarında 18 ixtiraya iddia sənədi və 1 faydalı model hazırlanaraq Əqli Mülkiyyət Agentliyinə ekspertiza üçün təqdim olunub. İlkin ekspertizanın müsbət rəyi haqqında “Bildiriş” alınıb.
Bu barədə AZƏRTAC-a Neft-Kimya Prosesi İnstitutundan məlumat verilib.
Bildirilib ki, bununla yanaşı, 1 Avrasiya patentinin alınması üçün ixtiraya iddia sənədi hazırlanıb və Avrasiya Patent Təşkilatına (Rusiya) göndərilib. 2 Avrasiya patenti, 4 Azərbaycan patenti və dərc üçün 8 “Qərar” alınıb.