RU

“Gecə telefona baxanda beyin özünü bərpa edə bilmir” AÇIQLAMA

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Sosial mediada uzun müddət qalmaq yeniyetmələrin beynində dopamin sistemini həddindən artıq stimullaşdırır və adi, gündəlik fəaliyyətlər artıq maraqlı gəlmir”.Bunu nevroloq Səbinə Nurəliyeva Demokrat.az-a açıqlamasında deyib.O əlavə edib ki, sürətli və qısa videolar beyinə davamlı hazır həzz verir:“Bu real həyatda motivasiyanı, diqqəti və marağı azaldır. Beyin davamlı dəyişən görüntülərə öyrəşdiyi üçün uzun müddət bir şeyə fokuslanmaq çətinləşir. Dərs, oxu və ya hər hansı bir öyrənmə prosesi yorucu gəlir. Uzun müddət ekrana baxmaq yaddaşın zəifləməsinə və düşünmə proseslərinin yavaşlamasına səbəb olur. Gecə telefona baxmaq yuxu ritmini pozur və beyin özünü bərpa edə bilmir. Nəticədə yeniyetmə həm fiziki həm də zehni yorğunluq hiss edir. Yuxu çatışmazlığı əsəbilik, baş ağrıları və emosional qeyri-sabitlik yaradır, eyni zamanda öyrənmə qabiliyyətini zəiflədir. Beyin çox informasiya aldıqca onu tam emal edə bilmir və bu zehni qarışıqlığa, konsentrasiya problemlərinə və qərarvermədə çətinliyə səbəb olur. Sosial media asılılığı yeniyetməni real həyatdan uzaqlaşdırır, ünsiyyət bacarıqlarını zəiflədir və emosional tükənmə yaradır. Davamlı bu vəziyyətdə olmaq diqqət problemləri, yaddaş zəifliyi, motivasiya itməsi və davranış dəyişikliklərinə yol açır. Brainrot dediyimiz hal beynin həddindən artıq stimullaşma və yorğunluq nəticəsində ortaya çıxan bir növ tükənmə reaksiyasıdır”.Leyla Turan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
99
demokrat.az

1Источники