RU

Ukrayna demoqrafik kollapsın astanasında: Hər doğuma üç ölüm düşür...

Ukraynada əhali kəskin azalır, ekspertlər milyonlarla insan çatışmazlığı barədə xəbərdarlıq edir...

Poliqon xəbər verir ki, Reuters Agentliyi Ukraynanın son onilliklərin ən ağır demoqrafik böhranına sürətlə yaxınlaşdığını yazır. Müharibədən əvvəl, 2022-ci ilin əvvəllərində 42 milyon olan ölkə əhalisi hazırda 36 milyondan aşağı düşüb. Bu rəqəm Ukrayna Milli Elmlər Akademiyasının Demoqrafiya İnstitutunun məlumatlarına əsaslanır və Rusiyanın nəzarətində olan bölgələrdə yaşayan bir neçə milyon insanı da əhatə edir.

İnstitutun proqnozuna görə, davam edən müharibə, kütləvi miqrasiya və rekord səviyyəli ölüm göstəriciləri fonunda 2051-ci ilə qədər Ukraynanın əhalisi 25 milyona qədər azalacaq.

2024-cü il üçün CIA World Factbook-un qiymətləndirmələri isə vəziyyətin miqyasını daha aydın göstərir: Ukrayna dünyada həm ən yüksək ölüm səviyyəsinə, həm də ən aşağı doğum göstəricisinə malikdir — hər bir doğuma təxminən üç ölüm düşür. Bu dinamika uzunmüddətli perspektivdə ölkənin sosial-iqtisadi sabitliyini ciddi şəkildə təhlükə altına qoyur.

Ekspertlər və siyasətçilər xəbərdarlıq edirlər ki, Ukrayna müharibədən sonrakı bərpa üçün milyonlarla insana ehtiyac duyacaq. Əhalinin azalması yalnız iqtisadiyyatın yenidən qurulmasını çətinləşdirmir, həm də gələcəkdə Rusiyanın mümkün yeni hücumlarından müdafiə qabiliyyətini zəiflədir.

Poliqon.info

Избранный
48
poliqon.info

1Источники