“GFC” MMC şirkəti Azərbaycanda KFC restoranlarının sayını artırır.
Marja.az xəbər verir ki, Zaqatalada ilk KFC restoranı açılacaq. Bununla da Azərbaycanda KFC restoranlarının sayı 38-ə çatacaq.
Hazırda "KFC Zaqatala"da çalışacaq komanda formalaşdırılır. İşləmək üçün müraciət edənlərə təlim və təcrübə KFC-nin Bakı və Gəncə restoranlarında keçiriləcək.
Qeyd edək ki, Azərbaycanda KFC restoranlarını “GFC” MMC idarə edir. 1000 manat nizamnamə kapitalı olan “GFC” MMC-nin qanuni təmsilçisi (direktoru) Məmmədov Zaur Rüstəm oğludur. Şirkətin ünvanı Bakı şəhəri, nəsimi rayonu Kövkəb Xanım Səfərəliyeva küç., 64-ür.
