RU

“Qəbələnin havası çox ağırdır”

BAKI, 4 dekabr. TELEQRAF

“Qəbələnin havası çox ağırdır, bu da təsir etdi. Buna rəğmən pis oynamadıq. Mərhələ keçmək üçün şanslarımız vardı. Məqsədimiz gedə bildiyimiz qədər irəliləmək idi. “Qəbələ” ilə düşəndə elə fikir yaranmışdı ki, 1/4 finala biz yüksələrik. Təəssüf ki, alınmadı”.

Bu sözləri Teleqraf-a açıqlamasındaŞəfa”nın qapıçısı Əli Həsənli deyib.

29 yaşlı qolkiper səfərdə “Qəbələ”yə 1:2 hesabı ilə uduzaraq Azərbaycan Kubokunda mübarizəni dayandırmaları barədə danışıb:

Çox çətin oyun oldu. Birinci Liqadan gəlib Premyer Liqa təmsilçisinə qarşı o tempdən bu tempə düşmək fiziki cəhətdən asan deyil. Demirəm ki, rəqib bizdən daha keyfiyyətli idi, amma istər-istəməz çətinlik yaradırdılar. “Qəbələ”ni təbrik edirəm”.

Təcrübəli qapıçı rəqibin futbolçusu İbrahim Sanqarenin “dubl” etməsini belə şərh edib:

İkinci dəqiqədə buraxdığım qolu start həyəcanına bağlayıram. Bir az diqqətdən yayınan kimi rəqib səni cəzalandırır. İkinci qolda isə həmin epizodu dəfələrlə yoxlasalar da, o dəfə alınışdı. Hazır idik, istəyirdik ki, qarşısını alaq. Amma kiçik boşluq nəticəsində top qapımıza daxil oldu. Qarşıdakı oyunlara baxacağıq. Əsas hədəfimiz I Liqanın çempionu olmaqdır”.

Избранный
37
teleqraf.com

1Источники