Milli Şuranın üzvü, "Ramiz Mehdiyev işi" çərçivəsində Azərbaycandakı istintaqa dəvət olunan Gültəkin Hacıbəyli hazırda Türkiyənin İstanbul şəhərindəki Arnavutköy Geri Göndərmə Mərkəzində saxlanılır.
O, sosial şəbəkədəki açıqlamasında noyabrın 29-dan orada saxlanıldığını deyib.
Maraqlıdır, Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana nə vaxt göndəriləcək?
Publika.az Modern.az-a istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Dostluq Qrupunun sədri Şamil Ayrım Türkiyənin Gültəkin Hacıbəylini uzun müddət saxlaya bilməyəcəyini deyib.
