Rusiya Prezidenti Vladimir Putin “India Today” qəzetinə verdiyi müsahibədə bildirib ki, Rusiya tərəfi Kremldə Amerika nümayəndə heyəti ilə danışıqlardan əvvəl Ukrayna üçün yenilənmiş sülh planını görməyib.
O bildirib ki, görüşdə hər iki tərəf hər bir məqamı nəzərdən keçirməli olub və Rusiya hamısı ilə razılaşmayıb.
“Hər bir məqamı nəzərdən keçirməli olduq, buna görə də bu qədər uzun çəkdi”, – deyə Rusiya lideri izah edib. Prezident danışıqlarda konsensusa gəlinməyən bəzi məsələlərin qaldığını təsdiqləyib. “Belə məsələlər var idi, biz onları müzakirə etdik, amma bu, çətindir”, – deyə o bildirib. “Haradasa dedik ki, bəli, bunu müzakirə edə bilərik, amma bu barədə razılığa gələ bilmərik”.
Qeyd edək ki, 2 dekabr axşamı Stiv Vitkov və Vladimir Putin Kremldə danışıqlar aparıblar. Görüş təxminən beş saat davam edib və tərəflər, digər məsələlərlə yanaşı, Ukraynanın NATO-ya daxil olmasını da müzakirə ediblər. Danışıqlardan sonra Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, hələlik kompromis həll yolu tapılmayıb.
//Samir Qurbanov, Editor.az